Polşa Ukraynaya böyük həcmdə silah tədarükünə hazırlaşır

Polşa Ukraynaya böyük həcmdə silah tədarükünə hazırlaşır
# 07 iyun 2022 20:15 (UTC +04:00)

Polşa Ukraynaya təxminən 628 milyon ABŞ dolları dəyərində silahların tədarükü ilə bağlı razılaşma imzalayacaq.

APA-nın “Unian.net”ə istinadən xəbərinə görə, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski bildirib.

Hökumət başçısı qeyd edib ki, bu, son 30 il ərzində Ukrayna ilə imzalanmış ən böyük silah tədarükü müqaviləsi olacaq: “Biz faktiki olaraq hazırda Ukraynaya silah satışı ilə bağlı son 30 ilin ən böyük ixrac müqaviləsini imzalayırıq. Artıq test edilmiş bu silahlar döyüş meydanında xüsusilə də Ukraynanın şərqində olduqca vacib silahlar olacaqlar”.

Moravietski ixracın qismən Avropa İtifaqı tərəfindən maliyyələşdiriləcəyini qeyd edib. O, Ukraynaya tədarük ediləcək silahların növləri ilə bağlı məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR