Polşa və Ukrayna Baş nazirləri telefonla danışıb

Polşa Baş naziri Mateuş Moravietski, Ukrayna Baş naziri Denis Şmiqal

© APA | Polşa Baş naziri Mateuş Moravietski, Ukrayna Baş naziri Denis Şmiqal

# 16 noyabr 2022 12:35 (UTC +04:00)

Ukrayna Baş naziri Denis Şmiqal və Polşa Baş naziri Mateuş Moravietski arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Polşa hökumət kabinetinin mətbuat katibi Piotr Müller bildirib.

Onun sözlərinə görə, telefon danışığı zamanı son vəziyyət müzakirə olunub.

Ukrayna Baş naziri polşalı həmkarına Rusiyanın ötən gün Ukrayna ərazisinə böyük həcmli raket hücumları həyata keçirdiyini deyib. O bildirib ki, Rusiya ötən gecə 80-ə yaxın raketdən istifadə edib və bu raketlərin çoxu Polşa ilə həmsərhəd əraziləri vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR