Polşa XİN: Ölkənin şərqinə Rusiya istehsalı olan raket düşüb

Polşa XİN: Ölkənin şərqinə Rusiya istehsalı olan raket düşüb
# 16 noyabr 2022 04:07 (UTC +04:00)

Polşa XİN ölkənin şərqinə Rusiya istehsalı olan raket düşdüyü üçün səfir Sergey Andreyevi çağırıb.

APA xəbər verir ki, məlumat XİN-in rəsmi saytında yer alır.

Bildirilir ki, 15 noyabr 2022-ci ildə Ukraynada bir çox obyekt Rusiyanın raket hücumuna məruz qalıb. Saat 15.40-da isə Rusiya istehsalı olan raketin Xrubeşuvski kəndinə düşməsi nəticəsində 2 nəfər ölüb. Məsələ ilə bağlı Sergey Andreyev XİN-ə çağırılaraq məlumat istənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR