Polşada Koreyanın K2 tanklarının istehsalına başlanılacaq

Polşada Koreyanın K2 tanklarının istehsalına başlanılacaq
# 31 mart 2023 15:53 (UTC +04:00)

Cənubi Koreyanın K2 tanklarının Polşada istehsalı barədə müqavilə imzalanıb.

APA xəbər verir ki, bunu Polşanın “Polskie Radio 24” radiosu bildirib.

Qeyd olunub ki, Varşava və Seul arasında bağlanmış müqaviləyə əsasən, Polşa ərazisində Koreyanın K2 tanklarının istehsalına başlanılacaq.

Polşa ordusunun yaxın illərdə 180 ədəd tank əldə edəcəyi gözlənilir ki, sonradan bu rəqəm minə çatdırılacaq. Fəaliyyətə başlayacaq zavod isə təkcə Polşa ordusunun ehtiyacları üçün deyil, həm də təkrar ixracat (reeksport) üçün istehsalla məşğul olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR