Poroşenko: “Sübut etdik ki, Rusiya ordusu məğlubedilməz deyil” - VİDEO

Poroşenko: “Sübut etdik ki, Rusiya ordusu məğlubedilməz deyil” - VİDEO
# 16 iyun 2022 13:50 (UTC +04:00)

Bu müharibə yalnız Ukraynanın müharibəsi deyil. Bu, Rusiyanın dünyaya qarşı müharibəsidir.

APA xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Petro Poroşenko IX Bakı Qlobal Forumu çərçivəsində “Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma" mövzusunda onlayn formatda çıxış edərkən deyib.

Sabiq prezident bildirib ki, dünyanın gələcəyi Ukraynada həll olunur:

“Rusiya imperiyası və onun maraqları var, biz buna qarşı birləşməliyik.

Biz hamımız indi seçimlə üz-üzəyik, ya antiPutin koalisiyasına qoşulursunuz, ya da qarşı tərəfin yanında dayanırsınız.

Əgər hamımız həmrəy olsaq, birləşsək Putin dayandırıla bilər. Biz sübut etdik ki, Putinin ordusu məğlubedilməz deyil, biz bunu hər gün sübut edirik”.

O, Ukraynanın hərbi dəstəyə ehtiyacı olduğunu diqqətə çatdırıb və əlavə edib ki, Rusiyaya qarşı sərt sanksiyalar davam etməlidir, bu ölkə ilə əlaqələr dayandırılmalıdır.

“Biz Avropa İttifaqına üzvlük üçün namizəd statusu ilə bağlı müraciət etmişik, bunun üçün ağır bədəl ödəmişik. Biz bu statusu əldə edəcəyik, buna inanıram.

Cəsarətli olun! Bizə kömək edin! Özünüzü, dünyanı xilas etmək üçün qətiyyətli olun!”, - Poroşenko qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR