Poroşenkonun Ukraynanı tərk etməsinə yenə icazə verilməyib

Petro Poroşenko

© APA | Petro Poroşenko

# 29 may 2022 06:11 (UTC +04:00)

Ukraynanın Dövlət Sərhəd Xidməti ikinci dəfə sabiq prezident Petro Poroşenkonun ölkəni tərk etməsinə icazə verməyib.

APA-nın xəbərinə görə, bu barədə Ali radanın deputatı Viktoriya Sumar Tvitterdə yazıb.

“Bu dəfə QR kod oxundu, ezamiyyət həqiqi idi. NATO-nun parlament Assambleyası işinə başlamışdı. Lakin sərhədçilər bildirdilər ki, sənədlər qaydasında deyil” – deyə deputat qeyd edib.

Qeyd edək ki, mayın 27-də də Poroşenkonu Vilnüsdə keçiriləcək NATO-nun tədbirinə getməsinə Sərhəd xidməti icazə verməmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR