Portuqaliya Ukraynaya 14 zirehli transportyor verəcək

Portuqaliya Ukraynaya 14 zirehli transportyor verəcək
# 21 yanvar 2023 02:13 (UTC +04:00)

Portuqaliya Ukraynaya zirehli transportyorlar, döyüş sursatları, elektrik generatorları və tibbi avadanlıqlar verməyə, habelə Ukrayna Silahlı Qüvvələrinin Avropada təlimi üçün öz hərbi personalını ayırmağa hazırdır.

APA-nın məlumatına görə, bu barədə Portuqaliya Milli Müdafiə Nazirliyi rəsmi saytında müvafiq məlumat yayıb.

Sənəddə bildirilir ki, Portuqaliya Ukraynaya ikinci partiyanı - 14 ədəd M113 zirehli transportyoru, 8 generator, 120 mm-lik döyüş sursatları və 2 ton tibbi avadanlıq göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR