Portuqaliyada İslam mərkəzinə hücum olub, 2 nəfər ölüb

Portuqaliyada İslam mərkəzinə hücum olub, 2 nəfər ölüb
# 28 mart 2023 15:31 (UTC +04:00)

Bu gün Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşən müsəlmanların “İsmaili” dini mərkəzinə edilən bıçaqlı hücum nəticəsində azı iki nəfər ölüb.

APA “CNN Portugal”a istinadən xəbər verir ki, bu barədə məlumat Portuqaliya polisi tərəfindən təsdiqlənib.

Qeyd olunub ki, hücumu törədən və milliyəti əfqanıstanlı olduğu güman edilən şəxs hadisə yerində zərərsizləşdirilib.

Polisdən hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR