Portuqaliyanın Baş naziri İrpen şəhərini ziyarət edib

Portuqaliyanın Baş naziri İrpen şəhərini ziyarət edib
# 21 may 2022 16:30 (UTC +04:00)

Portuqaliyanın Baş naziri Antonio Kosta Ukraynanın İrpen şəhərini ziyarət edib.

APA xəbər verir ki, o, bu barədə “Twitter”də bildirib.

“Dağıntılar və zorakılığın səviyyəsi tamamilə inanılmazdır. Mən qəddar və əsassız hücumların şahidi oldum. Müharibə həmişə günahsız insanlara toxunur. Rusiyanın barbar müdaxiləsini pisləyirik. Portuqaliya Ukraynanı dəstəkləyir”, - Baş nazir deyib.

Portuqaliya hökumətinin başçısı bildirib ki, onun səfəri Ukrayna və onun xalqı ilə həmrəylik xarakteri daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR