Maersk şirkəti Orta Dəhlizlə multimodal daşımalara başlayıb

Maersk şirkəti Orta Dəhlizlə multimodal daşımalara başlayıb
# 23 may 2022 14:37 (UTC +04:00)

Maersk şirkəti Orta Dəhlizlə multimodal yük daşımalarına start verib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Poti terminalının məlumatında bildirilib.

Qeyd olunub ki, şirkətin ilk qatarı artıq Poti dəniz limanına qəbul edilib.

Məlumata görə, yeni xətt Avropanın müxtəlif bölgələrini Çinlə əlaqələndirəcək və Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniyadan keçərək 40 gün ərzində yüklərin daşınmasını həyata keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR