Puşkinin Xarkovdakı büstü sökülüb

Puşkinin Xarkovdakı büstü sökülüb
# 09 noyabr 2022 23:17 (UTC +04:00)

Rus şairi Aleksandr Puşkinin Ukraynanın Xarkov şəhərindəki büstü demontaj olunub.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Xarkov Şəhər Şurası məlumat yayıb.

Şəhər Şurasının rəhbərliyi bildirib ki, büst muzeyə təhvil veriləcək: “Bu sənət əsəri Ukrayna milli azadlıq hərəkatına aid sərginin eksponatları arasında yer ala bilər. Çünki büstün sökülməsinə hələ 1917-ci ildən əvvəl də təşəbbüs göstərilib.

Qeyd edək ki, Puşkinin Xarkovdakı büstü 1904-cü ildə, çar Rusiyası zamanında qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR