Putin-Ərdoğan görüşündə Qarabağ da müzakirə olunur - YENİLƏNİB

Ərdoğan, Putin

© APA | Ərdoğan, Putin

# 05 avqust 2022 17:31 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüş davam edir.

APA NTV-yə istinadən xəbər verir ki, danışıqlarda Suriya və Ukrayna ilə yanaşı, Qarabağ da müzakirə olunur.

Liderlərin təkbətək görüşdən sonra geniştərkibli görüş keçirəcəyi planlaşdırılır.

***

16:25

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə bir günlük işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü başlayıb.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR