Putin əvvəldən II Elizabetin dəfnində iştirak etməyi planlaşdırmayıb

Vladimir Putin

© APA | Vladimir Putin

# 14 sentyabr 2022 14:40 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin lap əvvəldən II Elizabetin xatirəsinə həsr olunmuş anım tədbirlərində iştirak etməyi planlaşdırmayıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bilirsiniz ki, prezident başsağlığı teleqramı göndərib, prezidentin əvvəldən anım mərasimində və ya digər tədbirlərdə iştirak etmək planı yox idi”, - deyə Peskov Britaniya mediasının Rusiya, Belarus və Myanmanın Britaniya kraliçasının dəfn mərasiminə dəvət edilməməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR