Putin: Leninqradın blokadasında bir çox Avropa ölkələrinin əsgərləri cinayət törədib

Putin: Leninqradın blokadasında bir çox Avropa ölkələrinin əsgərləri cinayət törədib
# 18 yanvar 2023 17:54 (UTC +04:00)

Leninqradın blokadasında bir çox Avropa ölkələrinin əsgərləri cinayət törədiblər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Leninqrad blokadasının yarılmasının 80 illiyi münasibətilə veteranlarla görüşündə deyib.

"İkinci Dünya Müharibəsi illərində dinc əhali arasında böyük itkilərlə nəticələnən Leninqrad blokadasında faşist Almaniyasının qoşunları ilə yanaşı, bir çox Avropa ölkəsinin silahlı birləşmələri də iştirak edirdi. Rusiyada müəyyən tolerantlıq səbəbindən, həm də bir çox ölkələrlə ikitərəfli münasibətlərin fonunu pozmamaq üçün bu barədə danışmamağa çalışıblar, amma fakt faktlığında qalır", - deyə Vladimir Putin bildirib.

O qeyd edib ki, ölkəsi Böyük Vətən müharibəsi illərində bir çox Avropa dövlətlərinin nümayəndələrinin işğalı ilə ilk dəfə qarşılaşmayıb: “Bəli, düzdür, Lev Tolstoyu açıb “Hərb və Sülh”ü oxumaq kifayətdir. O, deyəndə ki, fransız ordusu Napoleonun rəhbərliyi altında gəlib, bu, bütün Avropa demək idi, çünki o vaxta qədər Bonapart bütün kontinental Avropanı nəzarəti altına almışdı. Tolstoy hamısını təsvir edir. Eyni şey 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı da baş verib. Hitler də əslində bütün kontinental Avropanı nəzarət altına almışdı və Leninqrad cəbhəsində blokadada Avropa ölkələrinin çoxlu nümayəndələri iştirak edib və cinayətlər törədiblər”, - deyə Putin vurğulayıb.

Rusiya prezidentinin sözlərinə görə, əvvəllər müəyyən tolerantlıq səbəbindən, həmçinin bir çox ölkələrlə ikitərəfli münasibətlərin fonunu pozmamaq üçün Rusiya bu barədə danışmamağa çalışıb: "Amma fakt budur ki, Böyük Vətən müharibəsinin bütün cəbhələrində sovet xalqına qarşı bir çox Avropa ölkələrinin nümayəndələri vuruşmuşlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR