Putin: “NATO həyasızcasına Rusiyanı aldadıb”

Vladimir Putin

© APA | Vladimir Putin

# 23 dekabr 2021 14:51 (UTC +04:00)

Qərb Rusiyaya təhlükəsizliklə bağlı təminat verməlidir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında bildirib.

“Qərb Rusiyaya təhlükəsizliklə bağlı zəmanət verməlidir. İndi və dərhal... Təhlükəsizliklə bağlı zəmanəti bizdən tələb etməməlidir”, - Putin vurğulayıb.

Rusiya prezidenti NATO-nun bundan əvvəl Şərqə doğru genişlənməyəcəyi barədə 1990-cı illərdə verdiyi vədlərdən də danışıb: “NATO həyasızcasına Rusiyanı aldadıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR