Putin və Ərdoğanın Soçidə müzakirə edəcəyi məsələlər bilinib

Putin, Ərdoğan

© APA | Putin, Ərdoğan

# 27 iyul 2022 13:21 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə görüşəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Rossiya-24” kanalına açıqlamasında bildirib ki, liderlər görüş zamanı Ukrayna, Qara dəniz regionu və Suriyadakı vəziyyət də daxil olmaqla, geniş mövzuları müzakirə edə bilər.

Yerxov əlavə edib ki, görüşün mövzularını prezidentlər özləri müəyyən edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR