Putinlə Makron Zaporojye AES-dəki vəziyyəti müzakirə edib

Putinlə Makron Zaporojye AES-dəki vəziyyəti müzakirə edib
# 19 avqust 2022 17:52 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makronla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı Ukraynanın Rusiyanın nəzarəti altında olan Zaporojye AES-dəki son vəziyyət dəyərləndirmək üçün əraziyə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlərinin buraxılması məsələsini müzakirə ediblər.

Putin Makronu Ukrayna taxılının daşınması ilə bağlı İstanbulda əldə olunmuş razılaşmanın icrası barədə məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR