Pyotr Pavel Çexiyada prezident seçkilərinin qalibi olub

Pyotr Pavel Çexiyada prezident seçkilərinin qalibi olub
# 28 yanvar 2023 18:43 (UTC +04:00)

Çexiyada keçirilən prezident seçkilərində ehtiyatda olan general Pyotr Pavelin qələbəsi dəqiqləşib.

APA xəbər verir ki, bu barədə Çexiya Televiziyası məlumat yayıb.

Baş nazir Pyotr Fiala onu artıq seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Xatırladaq ki, Pyotr Pavel NATO Hərbi Komitəsinin keçmiş rəhbəri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR