Qaribaşvili Almaniya kansleri ilə görüşəcək

Qaribaşvili Almaniya kansleri ilə görüşəcək
# 06 iyun 2023 08:49 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 9-da Almaniya kansleri Olaf Şolts ilə görüşəcək.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Almaniya kanslerinin ofisi məlumat yayıb. Bildirilib ki, tərəflər cari beynəlxalq, təhlükəsizlik və Avropa siyasəti məsələlərini, həmçinin iqtisadi əməkdaşlığı müzakirə edəcəklər.

Qeyd olunub ki, görüşdən sonra mətbuat konfransı keçirilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR