Qaribaşvili bu gün Brüsselə səfər edəcək

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 16 may 2022 15:42 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Brüsselə səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, hökumət başçısı bu barədə hökumətin iclasında bildirib.

O qeyd edib ki, səfər çərçivəsində NATO Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və digər Aİ rəsmiləri ilə görüşlər keçirəcək.

Qaribaşvilinin sözlərinə görə, görüşlərdə Gürcüstanın Aİ-yə üzvlüklə bağlı tamamlayıb təqdim etdiyi sorğu və digər mühüm məsələlər müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR