Qaribaşvili Gürcüstan parlamentində müxalifətin suallarını cavablandıracaq

İrakli Qaribaşvili

© APA | İrakli Qaribaşvili

# 13 mart 2023 17:17 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili 24 martda ölkə parlamentində Ukrayna ilə bağlı müxalifətin suallarını cavablandıracaq.

APA xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Spiker qeyd edib ki, müxalifət Qaribaşvili ilə ölkədəki təhlükəsizlik vəziyyəti, Milli Təhlükəsizlik Şurasının iclasının vaxtı, eləcə də bir sıra digər məsələlərlə bağlı müzakirələr aparmağı planlaşdırır.

Qaribaşvilinin parlamentə dəvət olunmasının təşəbbüskarı ölkə müxalifətidir.

Qeyd edək ki, Qaribaşvilinin parlamentdəki çıxışı əvvəlcə fevral ayına planlaşdırılsa da, Türkiyə səfəri ilə əlaqədar təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR