Qaribaşvili: “Gürcüstanda ikinci müharibə olmayacaq, biz sülh istəyirik”

Qaribaşvili: “Gürcüstanda ikinci müharibə olmayacaq, biz sülh istəyirik”
# 06 iyun 2022 16:24 (UTC +04:00)

Gürcüstanda ikinci cəbhə, ikinci müharibə olmayacaq, biz və xalqımız sülh, sabitlik və inkişaf istəyirik.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında belə deyib.

Baş nazir qeyd edib ki, Gürcüstan hökuməti Ukrayna-Rusiya müharibəsinə münasibətdə ölkənin milli maraqlarını izləyəcək və bununula bağlı heç kim hökumətin fikrini dəyişə bilməz.

Baş nazir Avropa ölkələri arasında Ukrayna ilə bağlı skeptik yanaşma olduğunu, bunun isə həmin ölkələrin Ukraynanın problemlərini ittifaqa idxal etmək istəməməsi ilə əlaqəli olduğunu vurğulayıb.

İ. Qaribaşvili Aİ-nin Gürcüstanın tutduğu mövqeni anlayışla qarşılamağa və üzvlüklə bağlı müraciətini ədalətli şəkildə qiymətləndirməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR