Qaribaşvili Makronla regional təhlükəsizlik məsələlərini müzakirə edib

Qaribaşvili Makronla regional təhlükəsizlik məsələlərini müzakirə edib
# 29 iyun 2022 18:04 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Fransa Prezidenti Emmanuel Makronla regional təhlükəsizlik məsələlərini müzakirə edib.

APA-nın yerli bürosu xəbər verir ki, İrakli Qaribaşvili bu barədə özünün “Twitter” hesabında bildirib.

Baş nazir qeyd edib ki, NATO-nun Madrid Sammiti çərçivəsində baş tutmuş görüşdə tərəflər mövcud çağırışlar fonunda regional təhlükəsizliyin gücləndirilməsi yollarını müzakirə ediblər.

Gürcüstan Baş nazirinin mətbuat xidmətinin məlumatında bildirilib ki, görüş zamanı Avropa Şurasının Gürcüstana Avropa perspektivi təqdim edilməsi qərarı və iki ölkə arasında mövcud tərəfdaşlıq əlaqələri əsas müzakirə mövzusu olub.

Qaribaşvili Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, Avro-Atlantik inteqrasiyasına verdiyi dəstəyə görə Fransa Prezidentinə təşəkkür edib.

İrakli Qaribaşvili Emmanuel Makronu uyğun vaxtda ölkəsinə səfər etməyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR