Qaribaşvili və Aİ səfirləri Gürcüstanın Avropaya inteqrasiyasını müzakirə edib

Qaribaşvili və Aİ səfirləri Gürcüstanın Avropaya inteqrasiyasını müzakirə edib
# 14 mart 2023 12:02 (UTC +04:00)

Gürcüstan Baş naziri İrakli Qaribaşvili və Avropa İttifaqı (Aİ) səfirləri ölkənin Avropaya inteqrasiya prosesini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Tbilisidə həmçinin Aİ Nümayəndəliyi tərəfindən təşkil olunan Aİ səfirlərinin yüksək səviyyəli regional konfransı keçiriləcək və bu görüşdə Aİ-nin və Avropa Komissiyasının yüksək səviyyəli nümayəndələri, o cümlədən Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsü, eləcə də Türkiyə və Avstriyadakı nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR