Qayda pozan Ermənistan vətəndaşı Fransadan deportasiya ediləcək

Qayda pozan Ermənistan vətəndaşı Fransadan deportasiya ediləcək
# 11 yanvar 2022 01:43 (UTC +04:00)

Fransanın İzer departamentində polis ciddi qayda pozuntusuna yol verən avtomobili saxlayıb.
APA-nın ledauphine.com saytına istinadla xəbərinə görə, araşdırma zamanı qayda pozan şəxsin Fransada qanunsuz yaşayan Ermənistan vətəndaşı olduğu üzə çıxıb. Məlum olub ki, 2020-ci ilin noyabrında Lyon şəhər məhkəməsi onun barəsində deportasiya qərarı çıxarıb. Lakin pandemiyaya görə qərarın icrası gecikib. Polis Ermənistan vətəndaşını miqrantların saxlanma mərkəzinə yerləşdirib. O, yaxın günlərdə İrəvana yola salınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR