"Qazprom" Niderlanda qaz tədarükünü tam dayandırıb

"Qazprom" Niderlanda qaz tədarükünü tam dayandırıb
# 31 may 2022 12:10 (UTC +04:00)

“Qazprom” Niderland hökuməti adından qaz alqı-satqısı həyata keçirən “GasTerra”ya tədarükü tam dayandırıb.

APA-nın xəbərinə görə, Rusiya şirkəti bu qərarını Niderland treyderinin rublla ödəniş etməkdən imtina etməsi ilə əlaqələndirib.

Qeyd edək ki, “Qazprom” qaz ödənişlərinin rublla edilməsi ilə bağlı yeni qərardan sonra Polşa, Finlandiya və Bolqarıstana qaz ixracını dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR