Qrossi: Zaporojye AES-də istənilən pozuntu barədə ictimaiyyətə məlumat veriləcək

Qrossi: Zaporojye AES-də istənilən pozuntu barədə ictimaiyyətə məlumat veriləcək
# 05 iyun 2023 15:07 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Zaporojye AES-də ekspertləri stansiyanın təhlükəsizlik prinsiplərinə riayət olunması ilə bağlı vəziyyət barədə Agentliyin Baş direktoru Rafael Qrossiyə hesabat verəcək və hər hansı pozuntular barədə ictimaiyyət məlumatlandırılacaq.

APA xəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru Rafael Qrossi İdarə Heyətinin iclasının açılışında bildirib.

"Bundan sonra ərazidə olan AEBA ekspertləri baş direktor kimi mənə prinsiplərə əməl olunması barədə hesabat verəcəklər və mən istənilən hər hansı pozuntu barədə ictimaiyyətə məlumat verəcəyəm", - Qrossi bildirib.

O qeyd edib ki, prinsiplər Moskva və Kiyevlə məsləhətləşmələr əsasında hazırlanıb. "Bu prinsiplər vacibdir, çünki son aylarda hərbi əməliyyatlar intensivləşdiyinə görə Zaporojye AES daha çox risk altındadır", o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR