Quterreş, Ərdoğan və Zelenski Lvovda görüşəcək

Quterreş, Ərdoğan və Zelenski Lvovda görüşəcək
# 16 avqust 2022 21:03 (UTC +04:00)

BMT Baş katib Antonio Quterreş avqustun 18-də Ukraynanın Lvov şəhərinə səfər edəcək.

APA xəbər verir ki, baş katib burda Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Tərəflər avqustun 20-də İstanbuldakı taxıl koordinasiya mərkəzinə baş çəkəcək.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat brifinqində bildirib ki, Quterreş Zelenskinin dəvəti ilə Lvova gedəcək.

Antonio Quterresin Lvovda Zelenski və prezident Ərdoğanla üçtərəfli görüş keçirəcəyini bildirən Düjarrik baş katibin avqustun 19-da Odessaya gedəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR