Quterreş və Borrell Ukraynadakı vəziyyəti müzakirə ediblər

Quterreş və Borrell Ukraynadakı vəziyyəti müzakirə ediblər
# 19 sentyabr 2022 03:42 (UTC +04:00)

BMT-nin baş katibi Antonio Quterreş və Avropa İttifaqının xarici siyasət komissarı Josep Borrell Ukraynadakı vəziyyəti müzakirə edib.

APA-nın məlumatına görə, bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Baş katib Aİ Xarici İşlər Xidmətinin rəhbəri Josep Borrel ilə görüşüb", - deyə məlumatda deyilir.

Qeyd olunur ki, tərəflər Ukrayna ətrafındakı vəziyyətin regional və qlobal təsirini müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR