Rafael Qrossi Ukraynadadır

Rafael Qrossi Ukraynadadır
# 26 aprel 2022 19:08 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynadadır.

APA xəbər verir ki, bu barədə AEBA-nın Baş katibi "Twitter"də bildirib.

“Bu gün nüvə enerjisi tarixində ən ağır hadisə olan Çernobil AES-də baş vermiş qəzadan 36 il ötür. Mən nüvə qəzasının qurbanlarına və buranı yenidən qurmaq, qorumaq üçün yorulmadan çalışanlara hörmətimi ifadə etmək üçün buradayam”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR