Rafael Qrossi Zaporojyedə Zelenski ilə görüşüb

Rafael Qrossi Zaporojyedə Zelenski ilə görüşüb
# 27 mart 2023 17:27 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Zaporojyedə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Rafael Qrossi "Twitter" hesabında məlumat verib.

"Bu gün Zaporojye şəhərində Prezident Zelenski ilə görüşdüm və Zaporojye AES-in və onun əməkdaşlarının mühafizəsi ilə bağlı ətraflı fikir mübadiləsi apardım. AEBA-nın Ukraynanın nüvə obyektlərinə tam dəstəyini bir daha bəyan etdim", - Qrossi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR