“Səs verdiyi namizəddən asılı olmayaraq bütün vətəndaşlara təşəkkür edirəm”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin ilkin nəticəkərə görə yenidən prezident seçilmiş Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Külliyəsində çıxışı zamanı bildirib.
O qeyd edib ölkə vətəndaşları “Türkiyə Əsri”nə səs verib.
“Millətimizin hər iradəsi kimi bu nəticələrin də başımızın üstündə yerimiz var. Qazanan sadəcə biz deyilik, qazanan Türkiyədir, demokratiyamızdır” – Ərdoğan vurğulayıb.
***
01.00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsində çıxış edir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, rəsmi olaraq çıxışı yerində 320 min nəfərin izlədiyi deyilir.
***
00.50
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları onun qələbəsini qeyd etmək üçün Prezident Külliyəsinə axın edib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Ərdoğanın Külliyədə çıxışı gözlənilir.
Qeyd edək ki, ikinci turda Ərdoğan səslərin 52,14%-ni toplayıb. İkinci namizəd Kamal Kılıçdaroğlu 47,86% səs qazanıb.