Ukraynanın müdafiə naziri Oleksiy Reznikov İsveçə səfər edib.
APA xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pal Yonson "Twitter" hesabında məlumat verib.
Onun sözlərinə görə, Reznikov Stokholmda keçirilən Avropa İttifaqı müdafiə nazirlərin qeyri-formal görüşündə iştirak üçün bu ölkəyə səfər edib.