Reznikov: "Həqiqətən də bu il müharibəni dayandırmaq olar"

Reznikov: "Həqiqətən də bu il müharibəni dayandırmaq olar"
# 05 iyun 2022 01:20 (UTC +04:00)

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi həqiqətən də bu il dayandırıla bilər.

APA xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov “GLOBSEC-2022” beynəlxalq təhlükəsizlik forumunda iştirak edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya bütün Ukrayna ərazisində hərbi əməliyyatlar aparır.

“Müharibənin nə vaxt bitəcəyini hələlik proqnozlaşdırmaq mümkün deyil, lakin mənim optimist proqnozlarım ondan ibarətdir ki, bunu həqiqətən də bu il etmək olar", - deyə Reznikov bildirib.

O qeyd edib ki, Kreml hakimiyyətinin arzusu keçmiş torpaqlarını bərpa etməkdir.

“Növbəti Polşa, Baltikyanı ölkələr, Slovakiya və başqaları olacaq. Ona görə də biz Rusiyanı dayandırmalı və gələcəkdə onun qarşısını almalıyıq", - deyə Ukraynanın müdafiə naziri xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR