Rişi Sunak Almaniyanın Ukraynaya "Leopard 2" tankları göndərməsini müsbət qiymətləndirib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak

© APA | Böyük Britaniyanın Baş naziri Rişi Sunak

# 25 yanvar 2023 15:21 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Almaniyanın Ukraynaya "Leopard 2" tankları göndərməsini müsbət qiymətləndirib.

APA xəbər verir ki, bu barədə Baş nazir Sunak "Twitter" hesabında paylaşım edib.

"NATO müttəfiqləri və dostlarının əsas döyüş tanklarını Ukraynaya göndərməsi düzgün qərardır. "Challenger 2"lərlə yanaşı, onlar Ukraynanın atəş gücünü gücləndirəcəklər. Biz birlikdə Ukraynanın bu müharibədə qalib gəlməsi və davamlı sülhü təmin etmək üçün səylərimizi sürətləndiririk", - o, paylaşımında qeyd edib.

Xatırladaq ki, Almaniya kansleri Ukraynaya 14 ədəd “Leopard 2” tankları göndərəcəyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR