Rişi Sunak baş nazir kimi ilk beynəlxalq çıxışını edib

Rişi Sunak

© APA | Rişi Sunak

# 07 noyabr 2022 22:45 (UTC +04:00)

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak ilk beynəlxalq çıxışını edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, o, Misirdə keçirilən COP27 iqlim sammitində iştirak edib. Baş nazir, Böyük Britaniyanın 11,6 milyard funt-sterlinq iqlim fondu ayıracağını təsdiqləyib.

Baş nazir kimi ilk beynəlxalq çıxışında Rişi Sunak Ukrayna müharibəsinin iqlimlə bağlı daha sürətli hərəkət etmək üçün əsas olduğunu söyləyib. O, müharibənin bərpaolunan enerji mənbələrinə sərmayə qoymağın əhəmiyyətini gödtərdiyini deyib və bunun Böyük Britaniyanın enerji təchizatını diversifikasiya etməsi eçün fürsət olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR