Rişi Sunak müdafiə nazirindən Ukraynaya hansı təyyarələri verə biləcəklərini araşdırmağı xahiş edib

Rişi Sunak müdafiə nazirindən Ukraynaya hansı təyyarələri verə biləcəklərini araşdırmağı xahiş edib
# 08 fevral 2023 19:51 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Rişi Sunak müdafiə naziri Ben Uollesdən ölkəsinin Ukraynaya potensial olaraq hansı təyyarələri verə biləcəyini araşdırmağı xahiş edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu barədə “Downing Street” bildirib.

Rişi Sunakın sözçüsü bunun uzunmüddətli həll yolu olduğunu və hazırda Kiyevin ən çox qısamüddətli qabiliyyətə ehtiyac duyduğunu söyləyib.

Xatırladaq ki, bu gün prezident Vladimir Zelenski Britaniya Parlamentində çıxışında Böyük Britaniya və Qərb müttəfiqlərini onun hava qüvvələrini qabaqcıl təyyarələrlə təchiz etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR