Rişi Sunak ötən il 433 min funt sterlinqə yaxın vergi ödəyib

Rişi Sunak ötən il 433 min funt sterlinqə yaxın vergi ödəyib
# 22 mart 2023 21:21 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Rişi Sunakın 2021/22-ci illərdə 432 493 funt sterlinq vergi ödədiyini göstərən bəzi təfərrüatlar açıqlanıb.

APA-nın Britaniya bürosunun xəbərinə görə, verginin çox hissəsi onun kapital artımı qazancına görə ödənilib ki, bu da həmin vergi ilində 1,6 milyon funt sterlinqdən çox olub.

Baş nazir 325 826 funt sterlinq kapital artımı vergisi və Britaniyadakı gəlirindən 120 604 funt sterlinq gəlir vergisi ödəyib.

Rişi Sunak, Liz Trasa qarşı liderlik kampaniyası zamanı maliyyə işləri diqqət mərkəzinə düşdükdən sonra vergi bəyannaməsini dərc etmək üçün təzyiqə məruz qalıb.

Məlum olub ki, onun həyat yoldaşı Akşata Murthy “non-dom” statusu alıb və bu, ona atasının Hindistan firması olan “Infosys”dən əldə etdiyi böyük xarici gəlirinə Böyük Britaniya vergisindən yayınmağa imkan verib.

İctimaiyyətin çox ciddi reaksiyadan sonra A. Murthy statusundan imtina edərək bütün dünyadə əldə etdiyi gəlirlərdən Böyük Britaniyaya vergi ödəyəcəyini söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR