Rişi Sunak Ukraynaya döyüş tankları göndərilməsi ilə bağlı göstəriş verib

Rişi Sunak Ukraynaya döyüş tankları göndərilməsi ilə bağlı göstəriş verib
# 11 yanvar 2023 19:23 (UTC +04:00)

“Downing Street” Britaniya hökumətinin Ukraynaya Rusiya işğalından müdafiəsinə kömək etmək üçün tanklar verməyi planlaşdırdığını ilk dəfə təsdiqləyib.

APA-nın Britaniya bürosu xəbər verir ki, nazirliyin sözçüsü jurnalistlərə bildirib ki, Baş nazir Rişi Sunak müdafiə naziri Ben Uollesdən tankların tədarükü də daxil olmaqla, Ukraynaya dəstəyimi daha da sürətləndirmək üçün yaxın həftələrdə tərəfdaşlarla işləməsini istəyib.

Qeyd edək ki, Ukraynanı Britaniya Ordusunun “Challenger 2” tankları ilə təchiz etmək üçün razılaşma əldə edilsə, bununla da ilk dəfə bir qərb ölkəsi Ukraynanı müasir ağır döyüş tankları ilə təmin etmiş olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR