Roma Papası bağırsağından əməliyyat olunacaq

Roma Papası Fransisk

© APA | Roma Papası Fransisk

# 07 iyun 2023 14:41 (UTC +04:00)

Roma Papası I Fransisk xəsətxanaya yerləşdirilib, əməliyyat olunacaq.

APA BBC-yə istinadən xəbər verir ki, 86 yaşlı Papa Fransisk bu gün günortadan sonra təcili olaraq Romadakı Agostino Gemelli Universiteti Xəstəxanasına yerləşdirilib.

Vatikandan verilən məlumata görə, pontifik bağırsağından əməliyyat olunacaq və əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR