Roma Papası Moskvaya və Kiyevə səfər edə bilər

Roma Papası Fransisk

© APA | Roma Papası Fransisk

# 04 iyul 2022 13:36 (UTC +04:00)

Roma Papası Fransisk Kiyev və Moskvaya səfərin mümkünlüyü barədə danışıb.

APA xəbər verir ki, bu barədə Papa Fransisk "Reuters"ə müsahibəsi zamanı deyib.

Ukraynadakı vəziyyət barədə danışan Fransisk qeyd edib ki, Vatikan dövlət katibi kardinal Pietro Parolin və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Moskvaya mümkün səfərlə bağlı təmaslar olub.

Onun sözlərinə görə, bir neçə ay öncə Vatikan səfərlə bağlı Moskvaya müraciət edərkən verilən cavab müsbət olmayıb. Moskva səfər üçün doğru zamanın olmadığını bildirib.

Lakin Papa Fransisk müsahibəsində səfərlə bağlı yanaşmanın dəyişdiyinə işarə edib.

“Mən Ukraynaya getmək istərdim və daha öncə də Moskvaya getmək istəyirdim. Bu barədə təmaslarımız oldu, çünki düşünürdüm ki, bəlkə Rusiya Prezidenti sülhə xidmət etmək üçün mənə kiçik bir pəncərə verər... Bu, indi də mümkündür, Kanadadan qayıtdıqdan sonra Ukraynaya getməyim mümkündür. İlk iş Rusiyaya getmək və hansısa şəkildə prosesə kömək etməyə çalışmaqdır, amma mən hər iki paytaxta getmək istəyirəm”, - Roma Papası deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR