Roma Papası Putin və Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb

Roma Papası Putin və Zelenski ilə görüşməyə hazır olduğunu açıqlayıb
# 06 fevral 2023 02:46 (UTC +04:00)

Roma Papası Fransisk Rusiya və Ukrayna prezidentləri - Vladimir Putin və Vladimir Zelenski ilə görüşə hər zaman hazır olduğunu bildirib.

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat verib.

“Mən həm Ukrayna, həm də Rusiya prezidentləri ilə görüşə hazıram. Mən hər zaman görüşə açığam. Mən Kiyevə getməmişəmsə, bu, sadəcə ona görədir ki, hazırda Moskvaya getmək mümkün deyil”, - pontifik bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR