Roma Papası Türkiyə və Suriyaya başsağlığı verib

Roma Papası Fransisk

© APA | Roma Papası Fransisk

# 06 fevral 2023 18:33 (UTC +04:00)

Roma Papası Fransisk Türkiyə və Suriyada çoxsaylı insan tələfatı ilə nəticələnmiş zəlzələ ilə əlaqədar başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Roma Papasının "Twitter" hesabında paylaşım edilib.

"Türkiyə və Suriyada baş verən zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi. Bütün ölənləri Rəbbin rəhmətinə əmanət edərək, xilasetmə əməliyyatlarında iştirak edən hər kəs üçün dua edirəm", - Papa Fransisk qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR