Roma Papası xəstəxanadan buraxılıb

Roma Papası Fransisk

© APA | Roma Papası Fransisk

# 01 aprel 2023 13:03 (UTC +04:00)

Roma Papası Fransisk xəstəxanadan buraxılıb.

APA BBC-yə istinadən xəbər verir ki, Roma Papası Fransisk üç günlük müalicədən sonra Romada xəstəxanadan çıxarkən "hələ də sağam" deyə zarafat edib.

Xatırladaq ki, o martın 29-da tənəffüs çətinliyi ilə Gemelli Xəstəxanasına yerləşdirilib və daha sonra Papa Fransiskə bronxit diaqnozu qoyulub.

Vatikan daha əvvəl bildirmişdi ki, pontifikin son test nəticələri buna icazə verərsə,o, şənbə günü xəstəxanadan buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR