Rumıniya kəşfiyyat orqanları “Qazprom”un tərəfdaşının ofislərində axtarış aparıb

Rumıniya kəşfiyyat orqanları “Qazprom”un tərəfdaşının ofislərində axtarış aparıb
# 03 oktyabr 2022 21:49 (UTC +04:00)

Rumıniyada “Qazprom”un nəzarətində olan “NIS Petrol” şirkətinin binalarında silsilə axtarışlar aparılıb.

APA “Agerpress”ə istinadən xəbər verir ki, Rumıniya Mütəşəkkil Cinayətkarlığın Araşdırılması İdarəsinin (DIICOT) əməkdaşları təşkilatın menecerlərinin ofislərində və evlərində axtarış aparıblar.

Axtarışlar şirkətin Timişoaradakı baş ofisində, eləcə də Buxarestdə aparılıb.

Tədbirlər məxfi məlumatların yayılması faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR