Rumıniya Müdafiə Nazirliyi Norveçdən 32 ədəd F-16 alacaq

Rumıniya Müdafiə Nazirliyi Norveçdən 32 ədəd F-16 alacaq
# 05 noyabr 2022 00:40 (UTC +04:00)

Rumıniya Norveç hökumətindən 32 ədəd F-16 təyyarəsi alır.

APA xəbər verir ki, bu barədə Rumıniya Mili Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qırıcıların alınmasına dair müqavilə cümə günü imzalanıb.

Müqavilənin dəyəri, 388 milyon avrodur.

İlk təyyarə 2023-cü ilin sonunda Rumıniyaya təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR