Rumıniya Parlamenti Qolodomoru insanlığa qarşı cinayət kimi tanıyıb

Rumıniya Parlamenti Qolodomoru insanlığa qarşı cinayət kimi tanıyıb
# 24 noyabr 2022 19:16 (UTC +04:00)

Rumıniya Parlamenti Qolodomoru insanlığa qarşı cinayət kimi tanıyıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk "Twitter"də bildirib.

"1932-1933-cü illərdə törədilən Qolodomorun insanlığa və Ukrayna xalqına qarşı cinayət kimi tanınması haqqında Bəyannamənin qəbul edilməsinə görə Rumıniya Parlamentinə minnətdaram. Tarixi ədalətin bərpası Ukrayna üçün vacibdir, çünki 90 il əvvəl totalitar rejim aclığı məqsədli şəkildə ukraynalılara qarşı silah kimi istifadə edib", Stefançuk deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR