Rumıniya, Polşa və Baltik liderləri sovet dönəmindəki cinayətlərlə bağlı Aİ-yə müraciət edib

Rumıniya, Polşa və Baltik liderləri sovet dönəmindəki cinayətlərlə bağlı Aİ-yə müraciət edib
# 22 iyul 2022 11:41 (UTC +04:00)

Rumıniya Prezidenti Klaus Yohannis, Polşa Baş naziri Mateuş Moravietski, Latviya Baş naziri Arturs Krişyanis Karinş, Litva Prezidenti Gitanas Nauseda və Estoniya Baş naziri Kaya Kallas Sovet irsinin və Sovet idarəçiliyi dönəmində xalqlara qaşı törədilən cinayətlərin öyrənilməsi və Avropada tədrisi ilə bağlı Avropa İttifaqı Şurasına və Avropa Komissiyasına ortaq müraciət edib.

APA xəbər verir ki, bu barədə Litva Prezidentinin Ofisi məlumat yayıb.

Adı çəkilən ölkələrin prezidentləri və Baş nazirləri ortaq bəyanatda bildiriblər ki, Sovet dövründə törədilənlər Aİ-yə üzv dövlətlərin milli təhsil proqramlarının bir hissəsinə çevrilməlidir.

“Aİ bu koordinasiya edilmiş rolu öhdəsinə götürmək üçün ən yaxşı mövqedədir və belə bir jest həm də Rusiyanın misli görünməmiş səviyyədə dezinformasiyası ilə mübarizədə, o cümlədən Avropa tarixinin problemləri fonunda çox aktual olardı.

Son illər Avropa Yaddaş və Vicdan Platformasının yaradılması ilə Avropa səviyyəsində mühüm addımlar atılıb. Aİ Platformanı zəruri siyasi və maliyyə resursları ilə təmin etməklə daha çox iş görə bilər. Brüsseldə Totalitarizm Qurbanları üçün Ümumavropa Memorialının yaradılması totalitar rejimlər, o cümlədən sovet rejimi tərəfindən törədilmiş cinayətlərin layiqincə xatırlanmasını təmin etmək, oxşar cinayətlərin qarşısının alınması və onların qarşısının alınması istiqamətində maarifləndirmə işimizdə çox mühüm addım olardı. Biz sizin şəxsi iştirakınıza (Aİ institutlarının rəhbərləri) və Aİ Şurasında müzakirə oluna biləcək bu təşəbbüslərə dəstəyinizə çox ümid edirik”, - ortaq müraciətdə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR