Rumıniya Prezidenti Aİ-yə üzvlük üçün Ukraynaya namizədlik statusunun verilməsini dəstəkləyir

Rumıniya Prezidenti Yohannis Klaus

© APA | Rumıniya Prezidenti Yohannis Klaus

# 15 iyun 2022 14:15 (UTC +04:00)

"Rumıniya Prezidenti Avropa İttifaqına üzvlük üçün Ukraynaya namizədlik statusunun verilməsini dəstəkləyir".

APA "Guardian"a istinadən xəbər verir ki, bu barədə ölkənin prezidenti Klaus Yohannis fransalı həmkarı Emmanuel Makronla görüşdən sonra deyib.

"Fikrimcə, namizəd statusu mümkün qədər tez verilməlidir, bu, mənəvi, iqtisadi və təhlükəsizlik baxımından düzgün həll yoludur” o deyib.

Prezident bildirib ki, bu düzgün çağırışdır və əlavə edib ki, bu məsələ ilə bağlı qərar iyunun sonuna qədər verilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR