Rumıniyada dəmiryolçuların etirazı nəqliyyatın işində ciddi pozuntulara səbəb olub

Rumıniyada dəmiryolçuların etirazı nəqliyyatın işində ciddi pozuntulara səbəb olub
# 21 dekabr 2021 02:18 (UTC +04:00)

Rumıniyada dəmiryolçular etiraz aksiyası keçirib.

APA Rumıniya milli radiosuna istinadən xəbər verir ki, bu səbəbdən dəmiryolu nəqliyyatında ciddi pozuntular baş verib. Ölkə boyu onlarla qatar təyinat yerinə iki-dörd saat gecikmə ilə gəlib.

Paytaxt Buxarestdə yerləşən Şimal vağzalında qatarların gecikməsi sərnişin sıxlığına səbəb olub. Hökumət vağzalda təhlükəsizliyin artırılması üçün müvafiq tədbirlər görüb.

Qeyd edək ki, dəmiryolçuların etirazına səbəb hökumətin parlamentdə təsdiq olunmuş “Dəmir yolu işçilərinin statusu haqqında” qanunun qüvvəyə minməsini 2023-cü il yanvarın 1-nə qədər təxirə salmasıdır.

Bu, 50 min dəmiryolçunun maaşının dondurulması deməkdir. Halbu ki, reqlamentə əsasən, onların maaşı 30% artırılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR